AB sammitinin Azərbaycanda keçirilməsini alqışlayıram - Paşinyan

2028-ci ildə Avropa Siyasi Birliyinin sammitinin Azərbaycanda keçirilməsini alqışlayıram.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan X hesabında yazıb.

Paşinyan bildirib ki, Ermənistan və Azərbaycan qarşılıqlı olaraq Avropa Siyasi Birliyinin sammitinə ev sahibliyi üçün bir-birinin namizədliklərini dəstəkləyiblər.

Qeyd edək ki, Avropa Siyasi Birliyinin Sammiti 2026-cı ildə Ermənistan və İrlandiyada, 2027-ci ildə İsveçrə və Yunanıstanda, 2028-ci ildə isə Azərbaycan və Latviyada keçiriləcək.

Gununsesi.info