
Pakistanlı alpinist Nailə Kiani Nepalda Kançenjunqa dağının zirvəsinə qalxaraq dünyanın 14 ən yüksək zirvəsindən 12-nə qalxan ilk pakistanlı qadın olub.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, pakistanlı qadın alpinist Nailə Kiani axşam saatlarında başladığı dırmaşmanı sıfırın altındakı soyuq və güclü qarda başa vuraraq Kançenjunqa zirvəsinə çatıb.
Kiani dünyanın 14 ən hündür zirvəsindən 12-nə qalxaraq 8586 metr hündürlükdə Kançenjunqaya, eləcə də Everest, K2, Broad Peak, Nanqa Parbat, Qasherbrum I və II, Annapurna, Lhotse, Manaslu, Makalu və Cho Oyuya qalxıb.
Zirvədən endikdən sonra açıqlama verən Kiani, “Bu zirvə təkcə şəxsi bir mərhələ deyil, həm də Pakistanda və dünyada olan bütün qızlara, qadınlara bir mesajdır. Siz düşündüyünüzdən daha güclüsünüz” deyib.
Orxan