Cənubi Afrikada qızıl mədənində 289 işçi sıxışıb

Cənubi Afrika Respublikasında “mədən şaxtasında baş verən hadisə” səbəbindən 289 mədən işçisinin yerin altında qaldığı açıqlanıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Cənubi Afrikada qızıl mədənində 289 işçinin sıxışdığı bildirilir.

Yohannesburq yaxınlığındakı Kloof qızıl mədənində şaxtalardan birində qapalı qaldığı deyilən mədənçilərin xilas edilməsi üçün əməliyyat başlayıb. 

Mədəni idarə edən şirkət Sibanye Stillwater verdiyi açıqlamada işçilərin təhlükəsiz olduğunu və yeraltı qızıl mədənindəki görüş sahəsinə toplaşdıqlarını bildirib.

Şirkətin açıqlamasında hadisənin təfərrüatları barədə məlumat verilməyib.

Lakin Sibanye sözçüsü hadisənin Kloofdakı 7 nömrəli şaxtada baş verdiyini təsdiqləyib.

Mətbuat katibi bildirib ki, bütün işçilər yeməklə təmin olunub. Mətbuat katibinin sözlərinə görə, işçilərin yerləşdiyi əraziyə baxış keçirildikdən sonra işçilər çıxarılacaq. Sözçü məsələ ilə bağlı açıqlamasında “Vəziyyətin bu gün günortaya qədər həllini gözləyirik” deyib.

Orxan

Gununsesi.info