
Yəmən husiləri son 24 saat ərzində üçüncü dəfə İsrailin Ben Qurion hava limanını hədəf aldıqlarını açıqlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Yəməndəki husilər son 24 saat ərzində üçüncü dəfə hipersəs ballistik raketlə İsrailin paytaxtı Təl-Əvivdəki Ben Qurion hava limanını hədəf aldıqlarını açıqlayıblar.
Husi ordusunun sözçüsü Yəhya Seri verdiyi açıqlamada, “Yəmən Silahlı Qüvvələrinin raket qüvvələri İsrailin Ben Qurion adlandırdığı işğal altındakı Yaffa (Təl-Əviv) bölgəsindəki Lid (Lod) hava limanına qarşı hipersəsli ballistik raketlə ixtisaslı əməliyyat həyata keçirib” deyib.
Uçuşların dayandırılması və israillilərin sığınacaqlara qaçmasına icazə verilməsi ilə əməliyyatın müvəffəqiyyətlə keçdiyinə diqqət çəkən Seri, bu hücumların Fələstin xalqına və İsrailin hücumları altında müqavimətinə dəstək olaraq həyata keçirildiyini vurğuladı.
Husilərin bəyanatı İsrailin Yəməndən gələn raketi ələ keçirdiyini iddia etməsindən qısa müddət sonra gəlib.
Təl-Əviv dünən səhər saatlarından etibarən Yəməndən atılan raketlərin ələ keçirildiyi barədə üçüncü açıqlamasını verdi.
Orxan