Bakıdan Sumqayıta gedən sürət qatarlarında yubanmanın səbəbi açıqlandı

“Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən 2 qatarın hərəkətində texniki səbəblərdən qısamüddətli gecikmə baş verib”.

Gununsesi.info – nun məlumatına görə, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

“Hazırda qatarlar qrafik üzrə hərəkətini davam etdirir”, – məlumatda qeyd olunub.

Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt qatarlarının hərəkətində yubanma var.

Gununsesi.info xəbər verir ki, bu barədə paytaxtdan “Gənclər şəhəri”nə gedən sərnişinlər xəbər veriblər.

Onların sözlərinə görə, hər iki istiqamətdə qatarın olmaması Bakı Dəmiryol Vağzalına çox sayda insanın toplanmasına səbəb olub.

Bakıdan Xırdalan istiqamətində 18:35-də yola düşməli olan qatar platformaya gəlməyib, bütün sərnişinlər 18:45 qatarına minməli olublar.

Digər istiqamətə qatar verilməyib.

Gununsesi.info