BMT ölkələrinə qayıdan suriyalıların sayını açıqlayıb

Birləşmiş Millətlər Təşkilatı Əsəd rejiminin devrilməsindən sonra 1,5 milyondan çox suriyalının öz vətənlərinə qayıtdığını bildirib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlərin Koordinasiya Ofisinin (UNOCHA) Əməliyyatlar və Təbliğat Direktoru Edem Wosornu, Qaziantepdən BMT-nin Cenevrə Ofisinin həftəlik mətbuat konfransına onlayn olaraq qatıldı və Suriyadakı hadisələrlə bağlı qiymətləndirmələr etdi.

Wosornu bildirib ki, 2024-cü il dekabrın 8-də Bəşər Əsəd rejiminin devrilməsindən sonra ölkə daxilində məcburi köçkün vəziyyətinə düşmüş və qonşu ölkələrdən 1,5 milyondan çox suriyalı öz bölgələrinə qayıdıb.

“Suriyada 16,5 milyon insanın humanitar yardıma və müdafiəyə ehtiyacı var” deyən Wosornu, əhalinin hərəkətliliyinin və insanların köçünün davam etdiyini bildirib.

Wosornu, artan çətinliklərə baxmayaraq humanitar əməliyyatların davam etdiyini ifadə edərək, “BMT və tərəfdaşları ölkədaxili və sərhədyanı əməliyyatlarla hər ay orta hesabla 2,4 milyon insana çatır” deyib.

Orxan

Gununsesi.info