Azərbaycanda polis kapitanı qəfil öldü

  • By Günel
  • 19 Avqust 2024 17:56

Avqustun 19-da Xaçmaz rayonunda polis zabiti Zahid Mahmudov vəfat edib.

Gununsesi.info Report-a istinadən xəbər verir ki, xidməti vəzifələrini icra edərkən polis əməkdaşının halı qəflətən pisləşib, xəstəxanaya aparılarkən həyatını itirib.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

 

Gununsesi.info