Bakı metrosunda problem yarandı - Sərnişinlər qatardan düşürüldü

  • By Günel
  • 18 Aprel 2025 09:02

Aprelin 18-də səhər saatlarında Bakı metrosunda problem yaranıb.

Gununsesi.info -nun məlumatına görə, Teleqraf-ın əməkdaşı xəbər verir ki, metronun “Əhmədli” stansiyasından “İçərişəhər”ə gedən qatarın qapıları bağlanmayıb.

Stansiyaya “Bakı Metropoliten”inin əlavə əməkdaşları cəlb edilib. Lakin qapıları bağlamaq və qatarı yola salmaq mümkün olmayıb. Qapıların tez-tez açılıb-bağlanması sərnişinlər arasında təşvişə səbəb olub.

Sonra metropoliten işçiləri vaqonları boşaldıblar və qatar depoya gedib.

Sərnişinlər isə başqa qatarla yola salınıblar.

Gununsesi.info