Harvarda daha bir zərbə: Xarici tələbələri qəbul etmək qabiliyyətini itirə bilər

  • By Admin2
  • 17 Aprel 2025 11:58

Tramp administrasiyasının Harvardın maliyyələşdirməsini 2,2 milyard dollar dondurmasının nəticəsi davam edərkən, universitetin beynəlxalq tələbələri qəbul etmək qabiliyyətini də itirə biləcəyi açıqlandı.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ Daxili Təhlükəsizlik Naziri Kristi Noem Fələstinə dəstək nümayişlərində önə çıxan məktəblərdən biri olan Harvard Universitetinin xarici tələbələri qəbul etmək imkanını itirə biləcəyini açıqlayıb.

CNN-in məlumatına görə, Noem Harvard Universitetinə məktub yazaraq, tələbələrin xarici vizalarla bağlı “qanunsuz” və “zorakılıq” hərəkətləri haqqında qeydlərin aprelin 30-dək bildirilməsini tələb edib. Noem bu tələblərə əməl etməyə çağırıb.

“Əgər Harvard hesabat tələbinə tam əməl etdiyini yoxlaya bilməsə, xarici tələbələr qeydiyyat imtiyazlarını itirəcəklər” deyən Noem, universitetin Tələbə Mübadiləsi Ziyarətçi Proqramı (SEVP) sertifikatını itirmək təhlükəsi ilə üz-üzə olduğunu vurğuladı.

Harvard sözçüsü məktubun ardınca verdiyi açıqlamada konstitusiya hüquqlarından imtina etməyəcəklərini, qanunlara əməl edəcəklərini bildirib.

Orxan

Gununsesi.info