
Astarada bərbər işləyən 48 yaşlı şəxsin meyiti tapılıb.
Gununsesi.info xəbər verir ki, Astara şəhər sakini, 1977-ci il təvəllüdlü Nizami Vidadi oğlu Kərimovun meyiti yaşadığı ünvanda aşkarlanıb.
İlkin ehtimallara əsasən, Nizami Kərimovun özünü asaraq intihar etdiyi bildirilir. İntiharın səbəbləri hüquq-mühafizə orqanları tərəfindən dəqiqləşdirilir.
Qeyd edək ki, Nizami Kərimov Astara şəhərində uzun illər fəaliyyət göstərən və peşəkarlığı ilə seçilən bərbərlərdən biri idi.
Hadisə ilə bağlı araşdırma aparılır.
Gununsesi.info