Tramp: Rusiyadan cavab gözləyirik

  • By Günel
  • 17 Aprel 2025 23:19

ABŞ Prezidenti Donald Tramp Rusiyadan Ukraynada atəşkəs təklifinə bu həftə ərzində cavab gözlədiyini bildirib.

Gununsesi.info xəbər verir ki, bu barədə Amerika lideri İtaliyanın Baş naziri Corca Meloni ilə Ağ Evdə keçirdiyi birgə brifinqdə deyib.

D.Tramp bildirib: “Bu həftə onlardan xəbər alacağıq. Çox tezliklə. Döyüşün dayandırılmasını istəyirik”.

Gununsesi.info