Gəncədə yaşayış binasında yanğın oldu

  • By Günel
  • 17 Aprel 2025 19:18

Gəncədə yaşayış binasında yanğın olub.

 

Gununsesi.info xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti “Tekstinli” adlanan yaşayış massivində qeydə alınıb.

İlkin məlumata görə, iki mərtəbəli binanın ikinci mərtəbəsində qeydə alınan alovu söndürmək üçün əraziyə FHN-nin Yanğından Mühafizə Xidmətinin iki yanğın söndürən maşını və 20-ə yaxın canlı qüvvəsi cəlb olunub.

Yanğınsöndürənlərin müdaxilə nəticəsində alov söndürülüb və yanğının digər tikililərə keçməsinin qarşısını alınıb.

İlkin olaraq, hadisənin elektrik naqillərindəki qısaqapanma nəticəsində baş verdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info