
Rusiya və Qazaxıstan prezidentləri arasında telefon danışığı olub.
Gununsesi.info TASS-a istinadən xəbər verir ki, Vladimir Putin və Qasım-Jomart Tokayev enerji sahəsində əməkdaşlıq və İkinci Dünya müharibəsində qələbənin 80 illiyinə hazırlıq məsələlərini müzakirə ediblər.
Liderlər qarşıdan gələn Qələbə ildönümünün əhəmiyyətini vurğulayıblar. Tokayev Moskvada keçiriləcək bayram tədbirlərində iştirak edəcəyini təsdiqləyib.
Putin həmkarını Rusiya-Amerika dialoqu ilə bağlı məlumatlandırıb.
“Prezidentlər ikitərəfli və beynəlxalq əməkdaşlığın əsas məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar”, – məlumatda qeyd olunur.