Şuşa şəhərində yaşayan sakinlərin sayı açıqlandı

Şuşa şəhərində artıq 1400-ə yaxın sakin yaşayır.

Gununsesi.info xəbər verir ki, bunu Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

O bildirib ki, Aşağı Gövhər ağa məscidi və Çöl Qala məscidi qısa müddət ərzində bərpa olunub. Dahi Üzeyir Hacıbəylinin ev-muzeyi də bərpa prosesindən sonra açılıb.

 

 

Gununsesi.info