
Faydalı qazıntılar haqqında Ukrayna-ABŞ sazişi üzrə memorandum imzalanıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Yuliya Sviridenko öz “Facebook” hesabında məlumat verib.
“Bu gün biz ABŞ ilə iqtisadi tərəfdaşlığa dair birgə sazişə doğru addım atdıq. Ukrayna və ABŞ hər iki xalq üçün faydalı olacaq sazişi bağlamaq niyyətini təsdiq edən memorandum imzalayıblar”, – deyə məlumatda bildirilir.