HƏMAS İsrail nazirinə reaksiya verdi

  • By Admin2
  • 17 Aprel 2025 17:49

İsrail müdafiə nazirinin Qəzzaya humanitar yardım embarqosunun davam edəcəyi ilə bağlı açıqlamasına reaksiya verən Həmas bu sözlərin müharibə cinayətlərinin etirafı olduğunu bildirib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, HƏMAS İsrailin müdafiə naziri İsrael Katzın “Qəzza zolağına humanitar embarqo davam edəcək” ifadəsinə cavab verib.

HƏMAS bəyanatında deyib: “Sionist müdafiə naziri Katzın faşist hökumətinin Qəzzaya humanitar yardımların qarşısını alması zülm vasitəsidir və heç bir yardımın bölgəyə girməyəcəyi barədə bəyanatı bir daha açıq şəkildə hərbi cinayətlərin etirafıdır”.

Açıqlamada “Aclıqdan silah kimi istifadə edildiyi, günahsız vətəndaşların 7 həftədir qida, dərman, su və yanacaq kimi əsas həyat ehtiyaclarından məhrum edildiyi” vurğulanıb.

Açıqlamada Katzın bəyanatının Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvirin “Qəzza zolağına yardıma icazə verməmək” çağırışına və bütün beynəlxalq hüquq və normalara zidd olan hakimiyyət orqanlarının oxşar münasibətinə əlavə edildiyi və bu bəyanatların “vəhşi soyqırımı davam etdirmək niyyətlərinin açıq bəyanı” olduğu qeyd edilib.

Orxan

Gununsesi.info