“Bu təbiətdir, insanları panikaya salmaq olmaz” -Deputat

Milli Məclisin deputatı Məlahət İbrahimqızı Azərbaycanın müxtəlif bölgələrində güclü yağıntılar səbəbindən baş verən fəsadlardan danışıb.

Gununsesi.info xəbər verir ki, deputat güclü yağışların təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində müşahidə olunduğunu vurğulayıb:

“İnsanları panikaya salmaq olmaz. Bu, təbiətin şıltaqlığıdır. Keçən il Almaniyada dəhşətli yağışlar yağdı. Heç Almaniya kimi dövlət belə bunun qarşısını ala bilmədi və ciddi fəsadlar yaşandı. Belə hallar olur.”

Məlahət İbrahimqızı əlavə edib ki, insan təbiət qarşısında hər zaman acizdir:

“Bəs COP tədbirləri nəyə görə keçirilir? Ona görə ki, iqlim dəyişikliyi nəticəsində baş verə biləcək fəlakətlərin qarşısı alınsın. Əminəm ki, hazırkı vəziyyət də ciddi problem yaratmayacaq.”

Günel

Gununsesi.info