Pakistanda tennis topu böyüklüyündə dolu yağıb - FOTO - VİDEO

  • By Günel
  • 17 Aprel 2025 10:14

Pakistanın paytaxtı İslamabadda göydən sözün əsl mənasında daş yağıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, tennis topları boyda dolu şəhəri “döyüş meydanı”na çevirib. Təxminən 35 dəqiqə davam edən təbiət hadisəsi zamanı küçə və prospektlər ağappaq rəngə bürünüb.

Bir çox avtomobillərin şüşələri sınıb, ərazilərdə günəş panelləri zədələnib, ağaclar aşıb. Fırtına səbəbindən elektrik enerjisinin də kəsildiyi bildirilib.

Mütəxəssislər belə böyük doluların nadir hallarda müşahidə olunduğunu bildirib.

Pakistan Meteorologiya İdarəsi ölkənin şimal bölgələri üçün aprelin 20-dək davam edəcək yeni yağış və tufanlar barədə xəbərdarlıq edib.

İslamabad küçələrində günün sonunda geriyə vətəndaşların telefonları ilə lentə aldığı şüşə qırıqları, yıxılan ağaclar və “təbii fəlakət” görüntüləri qalıb.

Tenis topu büyüklüğünde dolu yağdı! Görenler gözlerine inanamıyor - 1. Resim

Günel Həsənova

Gununsesi.info