
“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətni razılaşdırılıb”.
Gununsesi.info “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə danışıb.
“İki ölkə arasında eskalasiya və müharibəni unudun”, – deyə Paşinyan çıxışı zamanı çağırış edib.
Ermənistanın Baş naziri vurğulayıb ki, Ermənistan hökuməti bu məntiqə zidd bəyanatlar verməyəcək və addımlar atmayacaq.