
Bir araşdırma göstərdi ki, torpaqdan və ya oxradan hazırlanmış “qədim günəş yağı” Homo sapiensi neandertallar üçün ölümcül olan radiasiyadan qorumuş ola bilər.
Gununsesi.info xarici mediaya istinadən xəbərinə görə, yeni bir araşdırma iddia edir ki, 40.000 ildən çox əvvəl istifadə edilən “qədim günəş kremi” müasir insanları xilas etmiş və neandertalların “yoxluğunu” sürətləndirmiş ola bilər.
“The Times” qəzetinin məlumatına görə, daş dövründə istifadə edilən günəş kremi təbii gil piqmentindən hazırlanıb. Araşdırma, sözügedən qarışığın Homo sapiensi radiasiyadan qoruya biləcəyini, neandertalların isə artan radiasiyaya qarşı müdafiəsiz qaldığını ortaya qoydu.
Science Advances jurnalında dərc olunan elmi araşdırmaya görə, torpaqdan və ya oxradan hazırlanan “qədim günəş yağı”, trikotaj paltar istehsal etmək, mağaralarda yaşamaq kimi qabiliyyət və vərdişlərlə birləşərək müasir insanların bu dövrdə necə sağ qaldığını izah edən amil kimi önə çıxır.
Dövrlə bağlı paylaşılan məlumata görə, planetin 4,5 milyard illik tarixi boyunca Yerin şimal və cənub maqnit qütbləri təxminən 180 dəfə yer dəyişib. Bu proses yüzlərlə il çəksə də, Yerin maqnit sahəsi bu radiasiyanı qütblərə doğru çəkdiyi üçün planetin səthi Günəşdən gələn radiasiyadan böyük ölçüdə qorunurdu. Lakin tədqiq olunan dövrdə Yerin maqnit sahəsi zəiflədi və nəticədə qütblərdən kənar bölgələrə çatan radiasiyanın miqdarı artdı.
Miçiqan Universitetinin tədqiqatçılarına görə, bu dövrdə Homo sapiens də yaraşıqlı paltarlar tikə bildi və “qədim günəş yağı” kimi tanınan oxradan istifadə etməyə başladı. Sözügedən boya insan dərisinə tətbiq edildikdə günəşdən qoruyucu xüsusiyyətlərə malikdir. Tədqiqatda deyilir: “Bu davranışlar, Neandertal populyasiyalarının azaldığı bir vaxtda (Homo sapiens) Avropa və Asiyada yayılmasına töhfə vermiş ola bilər.
Neandertallar Avropaya təxminən 400.000 il əvvəl çatdılar; Homo sapiens qitəyə təxminən 54 min il əvvəl çatmışdır. Təxminən 40 min il əvvəl Yer kürəsində daha neandertallar yox idi. Neandertalların nə üçün nəsli kəsildiyi hələ də bəlli olmasa da, müasir insanlarla rəqabət və onların xəstəliklərə və iqlim dəyişikliyinə qarşı daha həssas olması buna töhfə vermiş kimi görünür.
Bir çox insan növləri min illərdir ki, əşyaları və mağara divarlarını, eləcə də öz bədənlərini rəngləmək üçün dəmir oksidi, gil və çaxmaq daşından hazırlanmış piqment olan oxra və ya oxradan istifadə edir. Araşdırma zamanı sözügedən maddənin “günəş kimi xüsusiyyətlərə” malik olduğu ortaya çıxıb. Miçiqandan olan antropologiya professoru Raven Garvey, bunun çox təsirli bir günəş kremi olduğunu söylədi.
Orxan