
Avropa İttifaqı immiqrasiya və sığınacaqla bağlı qaydaları sərtləşdirir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, yeni qaydalara görə, bəzi ölkələrin vətəndaşlarının müraciətlərinə tez və mənfi cavab veriləcək.
Aİ ilk dəfə təhlükəsiz mənşə ölkələrinin siyahısını açıqlayıb. Siyahıya Banqladeş, Mərakeş, Hindistan, Kolumbiya, Kosovo, Misir və Tunis daxildir.
Türkiyə birbaşa bu siyahıya düşməsə də, namizəd ölkə olduğu üçün avtomatik təhlükəsiz ölkə kimi qəbul edilir. Bu isə o deməkdir ki, türkiyəli qaçqınların sığınacaq alma şansı azdır.
Statistikaya görə, 2024-cü ildə 55 minə yaxın Türkiyə vətəndaşı Aİ ölkələrinə sığınacaq üçün müraciət edib. Amma müsbət cavab nisbəti cəmi 17% olub.
Aİ rəsmiləri bildirir ki, hazırda Türkiyənin siyahıdan çıxarılması gündəmdə deyil, amma bu qərar daha sonra dəyişə bilər.
Günay