
Şimali Koreyanın Müdafiə Nazirliyi ABŞ və Cənubi Koreyanın bölgədə keçirdiyi hava təlimlərini hədəf alıb. Təlim “ciddi təxribat” kimi səciyyələndirilib və xəbərdarlıq edilib ki, “Şimali Koreya hədsiz dərəcədə çəkindirici vasitələrdən istifadə edəcək və ABŞ-a regionda strateji alətlərinin yerləşdirilməsinin lazımsız güc nümayişi olduğunu başa düşəcək”.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya ABŞ və Cənubi Koreyanın aprelin 15-də Koreya yarımadası üzərində keçirdiyi birgə hava təliminə sərt reaksiya verib.
Şimali Koreya Müdafiə Nazirliyi açıqlamasında, ABŞ-nin B-1B strateji bombardmançılarının da “uzunmüddətli qarşısının alınması bəhanəsi ilə” keçirilən təlimlərə qatıldığını xatırladaraq, “ABŞ dəfələrlə həyata keçirdiyi möhtəşəm hərbi əməliyyatlarla ölkəmizə qarşı qarşıdurma mövqeyini və iradəsini tam şəkildə nümayiş etdirdi” deyib.
ABŞ və Cənubi Koreya arasında keçirilən birgə hava təlimlərinin “Şimali Koreyanın təhlükəsizliyinə açıq təhdid” və “bölgədəki hərbi gərginliyi çox təhlükəli səviyyəyə çatdıran ciddi təxribat” olduğu iddia edilən bəyanatda deyilir:
“ABŞ bu yaxınlarda nüvə sualtı qayıqları, strateji bombardmançı təyyarələr və digər Koreya təyyarələrini yerləşdirməklə bağlı rekordunu təzələyib”.
Koreya yarımadasında strateji hərbi varlıqların yerləşdirilməsinin ABŞ üçün adi bir təcrübəyə çevrildiyi qeyd edilən bəyanatda əlavə edilib: “Bu, həm də ölkəmizə hücum etmək imkanlarının artırılması və hərəkətə hazırlıqların tamamlanması prosesidir”.
Orxan