Rusiya Şimali Koreya əsgərlərindən yem kimi istifadə edəcəkmi? Kiyevdən yeni iddia

  • By Admin2
  • 17 Aprel 2025 14:32

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko Rusiya Şimali Koreya qoşunlarını Ukrayna ərazisinə yerləşdirməyi planlaşdırır.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, indiyə qədər yalnız Rusiyanın Kursk bölgəsində döyüşən Şimali Koreya əsgərlərinin Ukrayna ərazisinə göndəriləcəyini bildirən Kovalenko, “Rusiya Şimali Koreya əsgərlərindən Ukrayna ərazisində döyüşmək üçün istifadə etməyi planlaşdırır. Şimali Koreya əsgərləri Kursk bölgəsində olduğu kimi rus forması geyinəcək” deyib.

Rusiya prezidenti Vladimir Putinin 2022-ci ildə Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye bölgələrini Rusiya ərazisi elan etdiyini xatırladan Kovalenko Rusiyanın bu əsasla Şimali Koreya qoşunlarının Ukrayna ərazisinə yerləşdirilməsini qanuniləşdirməyə çalışacağını iddia edib.

Kovalenko həmçinin Rusiyanın Şimali Koreyadan fabriklərdə işləmək üçün işçilər gətirdiyini və göndərilən hər işçiyə görə Şimali Koreya rəhbərliyinə min dollardan başlayan maaş verildiyini iddia edib. Kovalenko bildirib ki, Şimali Koreyalı işçilər və onların ailələri bu pulun yalnız kiçik bir hissəsini alırlar.

Gununsesi.info