ABŞ və Somalidə Əl-Şəbab qruplaşmasına birgə hava zərbələri

  • By Admin2
  • 17 Aprel 2025 16:42

Somalidən verilən açıqlamada ABŞ-la birlikdə həyata keçirilən hücumlarda yüksək rütbəli şəxslərin də olduğu 12 nəfərin Əl-Şəbabdan öldüyü bildirilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Şərqi Afrika ölkəsi Somali hökuməti ABŞ-la birlikdə Əl-Qaidə ilə əlaqəli Əl-Şəbab qruplaşmasına qarşı ölkənin daxili ərazilərində hava hücumları təşkil etdiyini açıqlayıb . Hücumlarda 12 Əş-Şəbab üzvünün öldürüldüyü, təşkilata silah aparan gəminin məhv edildiyi bildirilib. 

Hava hücumları Əl-Şəbabın paytaxt Moqadişudan təxminən 245 kilometr şimalda yerləşən Adan Yabal qəsəbəsinə hücumundan bir neçə saat sonra həyata keçirilib. Qəsəbə Əl-Şəbaba qarşı reydlər üçün əməliyyat bazası kimi istifadə edilib. 2007-ci ildən fəaliyyət göstərən Əl-Şəbabın son bir ayda gücləndiyi bildirilir. Somali hökuməti bu gün açıqladı ki, Somali qüvvələri və ABŞ Afrika Komandanlığının (AFRICOM) dünən gecə həyata keçirdiyi hava hücumunda həlak olanlar arasında yüksək rütbəli Əl-Şəbab xadimləri də var.

İnformasiya Nazirliyi, sosial media platforması X-də Əl-Şəbab üzvlərinin toplaşmaq və gizlənmək üçün istifadə etdiyi ərazinin hədəfli hücumda vurulduğunu və hücumda mülki vətəndaşın ölmədiyini açıqlayıb. 

Somali və AFRICOM tərəfindən həyata keçirilən ikinci hücumun naməlum bayraqlı gəmini və onu dəstəkləyən daha kiçik qayıqları hədəf aldığı bildirilir. Nazirliyin açıqlamasına görə, sözügedən gəmilər Somali ərazi sularında Əl-Şəbab üçün silah daşıyıb. Bu hücumda dəniz gəmilərinin məhv edildiyi və nəqliyyat vasitələrində olan insanların həlak olduğu açıqlanıb. 

Orxan

Gununsesi.info