İranın xarici işlər naziri Moskvada: - Xamneyidən Putinə mesaj gətirir

  • By Admin2
  • 17 Aprel 2025 14:17

ABŞ-la nüvə müzakirələrinin ikinci raundu öncəsi Rusiyaya gedən İranın xarici işlər naziri Ərakçi İranın dini lideri Xamneyidən Putinə məktub gətirdiyini bildirib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İranın xarici işlər naziri Abbas Ərakçi diplomatik təmaslar aparmaq üçün bu gün Rusiyanın paytaxtı Moskvaya gedib .

Ərakçinin səfəri ABŞ və İran arasında şənbə günü İtaliyanın paytaxtı Romada keçiriləcək nüvə danışıqlarının ikinci raundu öncəsi baş verir və Arakçının İranın dini lideri Əli Xamneyidən Rusiya prezidenti Vladimir Putinə mesaj gətirdiyi bildirilir . Arakçi Moskvaya səfəri zamanı ABŞ-İran danışıqları ilə bağlı məsələləri də müzakirə etməyi planlaşdırdığını bildirib.

İranın dövlət xəbər agentliyi İRNA-nın məlumatına görə, Ərakçi bildirib ki, Xamneyinin Putinə məktubunda beynəlxalq, regional və ikitərəfli məsələlər yer alıb. Ərakçi əlavə edib ki, İran nüvə məsələlərində həmişə Rusiya ilə məsləhətləşib. Arakçinin Moskvaya gəldiyi anların görüntüləri Arakçinin Telegram kanalında da yayımlanıb.

Gununsesi.info