
Rusiyada Taliban fəaliyyətinə qoyulan qadağa Ali Məhkəmənin qərarına əsasən dayandırılıb. Baş prokurorluğun vəsatəti əsasında məhkəmə qərar çıxarıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Rusiya Ali Məhkəməsi 2021-ci ildə Əfqanıstanda son 20 ildə ikinci dəfə nəzarəti ələ keçirən “Taliban” hərəkatının Rusiyada fəaliyyətinə qoyulan qadağanı dayandırıb.TASS
xəbər agentliyinin məlumatına görə, Ali Məhkəmə Rusiya Baş Prokurorluğunun tələbi ilə bu qərarı qəbul edib. Prokurorluq Talibanın Rusiyada fəaliyyətinə qoyulan qadağanın dayandırılmasını tələb etmişdi. Prokurorluğun tələbi ilə keçirilən iclasdan sonra məhkəmə hakimi Oleq Nefedov məsələ ilə bağlı açıqlama verərək, “Rusiya Ali Məhkəməsinin qərarı ilə terror təşkilatlarının vahid federal siyahısına daxil edilmiş “Taliban” hərəkatının fəaliyyətinə əvvəllər qoyulmuş qadağa dayandırılıb” deyib. Bildirilib ki, “Taliban” nümayəndəsinin də iştirak etdiyi dinləmə mətbuata qapalı keçirilib.
Taliban Rusiyada “terror təşkilatları” siyahısında olsa da, bu qərar faktiki olaraq bu təyinatı dayandırdı.
Orxan