
Sankt-Peterburq şəhəri müvəqqəti olaraq yenidən Leninqrad adlandırılacaq, lakin bu dəyişiklik yalnız pilotlar və aviadispetçerlər üçün keçərli olacaq.
Gununsesi.info xəbər verir ki , bu barədə “Mash na Moyke” teleqram kanalı sənədlərə istinadən məlumat yayıb.
Verilən məlumata görə, aviadiapetçerlərə Pulkovo hava limanına enən və şəhər üzərindən keçən pilotlarla ünsiyyətdə “Leninqrad-Yanaşma” və “Leninqrad-Nəzarət” çağırış siqnallarından istifadə etmək tapşırılıb.
Bu qərar Böyük Vətən müharibəsində qələbənin 80 illiyi münasibətilə qəbul edilib. 8-10 may tarixlərində bütün aviadispetçerlər və təyyarə pilotları Sankt-Peterburqu yalnız Leninqrad kimi adlandırmalıdır.
Bundan əlavə, “Ostorojno, novosti” teleqram kanalı xəbər verir ki, Volqoqrad da eyni qaydada Stalinqrad adlandırılacaq. Qumrak hava limanına eniş edən pilotlar aviadispetçerlərlə ünsiyyətdə “Stalinqrad-Yanaşma” və “Stalinqrad-Nəzarət” siqnallarından istifadə edəcəklər.
Mülki aviasiya pilotu Maksim “Ostorojno, novosti”yə müsahibəsində bu təşəbbüsü “əyləncəli bir təxribat” adlandırıb. O, zarafatla əlavə edib: “Daha maraqlı olardı ki, məsələn, Almaniyanın milli aviaşirkəti Lufthansa 9 Mayda Volqoqrada uçsun və pilot “Contact Stalingrad tower, please” (Zəhmət olmasa, Stalinqrad qülləsi ilə əlaqə saxlayın) desin”.