
Mingəçevirdə kişi qəbiristanlıqda boğazı kəsilmiş vəziyyətdə aşkar edilib.
Gununsesi.info xəbər verir ki, evə dönmədiyi üçün doğmaları tərəfindən axtarılan 1994-cü il təvəllüdlü şəhər sakini Sabir Gündüz oğlu Mirzəyev qəbiristanlıqda atasının məzarı üstündə ağır yaralı halda tapılıb.
Boğazından kəsik-deşik xəsarəti alan yaralı təcili xəstəxanaya çatdırılıb. Vəziyyəti orta ağır olaraq dəyərləndirilir.
Faktla bağlı araşdırma başlanıb.