18 yaşlı gənci avtomobil vurdu

  • By Günel
  • 17 Aprel 2025 08:05

Bakının Nizami rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, metronun “Neftçilər” stansiyasının yanında avtomobil yolu keçən 2007-ci il təvəllüdlü Xəlilov Yusif Rövşən oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Gununsesi.info