Tbilisidə üçtərəfli görüş başladı - Yenilənib

  • By Admin2
  • 17 Aprel 2025 12:22

Bu gün Tbilisidə Azərbaycan, Gürcüstan və Ermənistan xarici işlər nazirlərinin müavinlərinin üçtərəfli görüşünün keçirilməsi planlaşdırılır.

Gununsesi.info “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan XİN yayıb.

Bildirilib ki, görüşdə regional əməkdaşlıq məsələlərinin müzakirə edilməsi gözlənilir.

***

“Sputnik Gürcüstan”ın məlumatına görə, Tbilisidə üçtərəfli görüş başlayıb.

Danışıqlarda Azərbaycan tərəfini Elnur Məmmədov, Gürcüstanı Laşa Darsaliya, Ermənistanı isə Vahan Kostanyan təmsil edir.

Gununsesi.info