
İsrailin Qəzzada mülki şəxslərin sığındığı BMT xəstəxanasını vurması nəticəsində 6 nəfər həlak olub. İsrailin müxtəlif bölgələrə təşkil etdiyi hücumlarda 13-ü eyni ailədən olan 32 nəfər həyatını itirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrail ordusu atəşkəsi pozduğu Qəzza zolağına hücumlarını davam etdirir.
İsrailin Qəzza zolağının şimalında məcburi köçkün fələstinlilərə ev sahibliyi edən və Birləşmiş Millətlər Təşkilatı tərəfindən idarə olunan məktəbi bombalaması nəticəsində azı 6 fələstinli həlak olub.
İsrailin Qəzza zolağının müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda iki ailənin bütün üzvləri də daxil olmaqla 32 fələstinli həyatını itirib.
Orxan