Avstraliyada helikopter qəzası: 2 yaralı var

  • By Admin2
  • 17 Aprel 2025 17:26

Avstraliyanın Melburn şəhərində helikopter qəzası baş verib. Qəza nəticəsində 2 nəfərin yaralandığı bildirilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Avstraliyanın Melburn şəhərinin cənub-şərqində Moorabbin hava limanında helikopterin qəzaya uğraması nəticəsində iki nəfər xəsarət alıb.

Səlahiyyətlilər qəzanın yerli vaxtla saat 14:30 radələrində baş verdiyini və vertolyotun havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğradığını bildirib.

Avstraliya Nəqliyyat Təhlükəsizliyi Bürosu qəzanın təlim uçuşu zamanı “R44 tipli” helikopterlə baş verdiyini açıqlayıb.

Gununsesi.info