Ruslan Şahmalıyev vəfat etdi

  • By Günel
  • 17 Aprel 2025 20:39

Elmi-populyar və sənədli filmlərin rejissoru və ssenaristi Ruslan Şahmalıyev 87 yaşında vəfat edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Kinematoqrafçılar İttifaqının teleqram kanalında məlumat yayılıb.

“2025-ci il aprelin 17-də ömrünün 88-ci ilində əziz dostumuz və həmkarımız Ruslan Həsənoviç Şahmalıyev dünyasını dəyişdi. Onun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, – deyə, məlumatda qeyd olunub.

Ruslan Şahmalıyev bir neçə onlarla sənədli və elmi-populyar filmin müəllifi olub. Onun rejissoru olduğu ekran işləri arasında “Xəzər üzərindən körpü”, “Dostluğa dayaq”, “Rus mətbəxi”, “Temir-tau”, “Qaçan suyun nəğməsi”, “Müslüm Maqomayev”, “Oxuyan torpaq”, “Bakı memarlığı – dünən – bu gün – sabah”, “Kiçik Qafqazın ətəkləri”, “Yer – kosmos – əks əlaqə” və “Şərqdə bioenerji masajı” kimi filmlər yer alır.

Gununsesi.info