ABŞ 6,7 milyard dollar təzminat cəzasına məhkum edildi

Tehran Beynəlxalq Hüquq Məhkəməsi xalq arasında kəpənək xəstəliyi kimi tanınan EB xəstələri və onların ailələrinin açdığı işdə ABŞ hökumətinin maddi, mənəvi və cəza təzminatının ödənilməsinə qərar verib.

Gununsesi.info xəbər verir ki, İran mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın xəstələrə və onların ailələrinə ödənilməli olduğu məbləğ 6 milyard 785 milyon dollardır .

Qərarda qeyd olunub ki, ABŞ hökumətinin birtərəfli sanksiyaları səbəbindən ABŞ və Avropa şirkətləri xəstəliyin müalicəsi üçün lazım olan tibbi məhsulların İrana satışını dayandırıb.

Xatırladaq ki, dünyada yeganə müalicəvi sarğı istehsalçısı sayılan və kəpənək xəstələrinin yaralarını sağaldan İsveçin “Mölnlycke” şirkəti ABŞ-ın keçmiş prezidenti Donald Trampın ölkəsini nüvə sazişindən çıxarmasından və ölkəsinə qarşı yeni sanksiyalar tətbiq etməsindən sonra İranla bütün əməliyyatları dayandırıb.

Bildirilib ki, bundan 8 ay sonra İranda EB xəstələrinin yüzdə 20-nin öldüb.

Sağ qalanların ehtiyac duyduqları materialları əldə edə bilmədikləri üçün çox əziyyət çəkdikləri bildirilib.

Həmçinin qeyd olunub ki, İranın bu xəstələri avadanlıq və dərmanla təmin etmək cəhdləri ABŞ tərəfindən əngəllənib.

Qeyd edək ki, ABŞ administrasiyası 2015-ci ildə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü ilə Almaniya və İran arasında 2018-ci ilin mayında Tramp dövründə imzalanmış nüvə sazişindən birtərəfli qaydada çıxıb və İrana qarşı sanksiyaları bərpa edib.

 

 

Şəbnəm

Gununsesi.info