“Səbail” Türkiyə klubuna məğlub olub

  • By ilhame
  • 11 İyul 2024 19:00

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan “Səbail” bu gün ilk yoxlama oyununu keçirib.

 

Gununsesi.info xəbər verir ki, Şahin Diniyevin baş məşqçisi olduğu komanda qardaş ölkənin I Liqa təmsilçisi “Ərzurumspor”la üz-üzə gəlib.

 

Qarşılaşma rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qeyd edək ki, iyulun 13-də Superliqa klubu “Hatayspor”la qarşılaşacaq “dənizçilər”in sonuncu rəqibi hələlik bəlli deyil.

Gununsesi.info