
Dünən axşam saatlarından başlayan və gecə boyu davam edən leysan yağışları Almaniyanın müxtəlif bölgələrində daşqınlara səbəb olub.
Gununsesi.info Alman mətbuatına istinadla xəbər verir ki, ölkənin bəzi bölgələrinə təsir edən leysan yağışlar həyata mənfi təsir göstərib.
Hessen əyalətinin bir çox ərazilərinə polis sövq edilib və Diezenbach şəhərində yeraltı keçid subasma səbəbindən bir müddət əvvəl bağlanıb.
Küçələrin su altında qaldığı Hessendə, Hanau şəhəri və Main-Kinzig bölgəsində lyuklar daşıb, çoxlu ağaclar aşıb.
Bavariyanın Aşaffenburq şəhərində güclü yağışlar nəticəsində küçələri və binaların zirzəmilərini də su basıb.
Almaniyanın şərqindəki Saksoniya əyalətinin Görtlitz və Bautzen bölgələrində də yollar və binaların zirzəmiləri su altında qalıb.
Bu arada paytaxt Berlində Mərkəzi və Dövlət Kitabxanasının (ZLB) zirzəmisini su basıb.
Almaniya Meteorologiya İdarəsinin verdiyi açıqlamada, bu gün ölkənin cənub və şərqində leysan xarakterli yağış yağacağ, gecə saatlarında isə ölkənin qərb və cənub-qərbində leysan xarakterli olacağı, arabir dolu düşəcəyi xəbərdarlığı edilib.
Ceyhun
Gununsesi.info