
Azərbaycan BRİKS-ə üzv olmaq istəyir
Gununsesi.info xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova danışıb.
BRİKS ölkələrinin Rusiyada keçirilən Parlament Forumunun plenar iclasında çıxış edən S.Qafarova bunları deyib:
“Azərbaycan xarici siyasətdə dialoqu, əməkdaşlığı və həmrəyliyi təşviq edir. Bu, ikitərəfli münasibətlərə və beynəlxalq platformalar çərçivəsində fəaliyyətə aiddir. Xüsusilə, bu, BRİKS ilə əməkdaşlığa aiddir. Azərbaycan artıq BRİKS-ə qoşulmaq arzusunu ifadə edib”.
Gununsesi.info