
“Danimarka və Hollandiyanın F-16 döyüş təyyarələri Ukraynaya təhvil veriləcək”.
Gununsesi.info xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken “NATO İctimai Forumu” tədbirində çıxış edərkən deyib:“F-16 döyüş təyyarələri bu yay Ukrayna səmasında uçacaq”.
O, qeyd edib ki, təyyarələr bu yay Ukraynaya çatacaq.
Qeyd edək ki, ABŞ prezidenti Co Bayden, Hollandiya baş naziri Dik Schoof və Danimarka baş naziri Mette Frederiksen F-16 transferləri ilə bağlı ortaq yazılı açıqlama vermişdir.
Açıqlamada, “Danimarka və Hollandiya hökumətləri ABŞ-ın dəstəyi ilə Amerika istehsalı olan F-16-ları Ukraynaya bağışlaması prosesində olduğu qeyd edilmişdir.
Şəbnəm
Gununsesi.info