NATO liderləri Baydenin vəziyyətindən narahatdırlar

NATO liderləri özəl olaraq ABŞ prezidenti Co Baydenlə bağlı narahatlıqlarını bildiriblər.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson danışıb.

“Bildiyiniz kimi, bütün bu NATO liderləri buradadır. Bunlar xarici liderlər, baş nazirlər, dövlət başçılarıdır. Dərin narahat olduqlarını özəl olaraq bizə deyirlər “.

Onun sözlərinə görə, demokratlar tamamilə çaşqındırlar və Baydenin ABŞ-ın keçmiş prezidenti Donald Trampla debatdakı uğursuz çıxışından sonra nə edəcəklərini bilmirlər: “Onların B planı yoxdur, lakin ciddi problemi olduğunu bilirlər”.

Qeyd edək ki, bundan əvvəl Conson Amerika prezident administrasiyasının üzvlərini fəaliyyət qabiliyyətini itirdiyinə görə Baydeni istefaya göndərməyə çağırmışdır.

 

 

Şəbnəm

Gununsesi.info