Yaponiya NATO ilə təhlükəsizlik sahəsində geniş əməkdaşlıq edəcək - Kişida Fumio

Yaponiyanın Baş naziri Kişida Fumio NATO ilə təhlükəsizlik sahəsində daha geniş əməkdaşlıq etməyi planlaşdırır.

Gununsesi.info xəbər verir ki, baş nazir Kişida bu sözləri ABŞ- də keçirilən  NATO sammitindən sonra alyansın baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında səsləndirib.

Yaponiya lideri burada verdiyi açıqlamada ölkəsinin NATO ilə təhlükəsizlik sahəsində daha geniş əməkdaşlığa nail olmağı hədəflədiyini qeyd edib.

Kişida bildirib ki, Yaponiya Dəniz Özünümüdafiə Qüvvələri (MSDF) Avro-Atlantik regionda NATO qoşunları ilə birgə təlim təşkil edəcək.

Kişida dezinformasiyaya qarşı mübarizədə NATO ilə daha geniş əməkdaşlıq planlaşdırdıqlarını qeyd edib və ölkəsinin NATO-ya bağlı tədqiqat obyektinə ekspert göndərəcəyini bildirib.

Yaponiyanın 2025-ci ilin mart ayının sonuna kimi NATO üzvlərinin iştirakı ilə beynəlxalq konfransa ev sahibliyi edəcəyini bildirən Kişida, ölkəsinin kiberhücumlarla mübarizə imkanlarını gücləndirmək üçün NATO-nun rəhbərlik etdiyi təlimlərə qatılacağını açıqlayıb.

 

 

Ceyhun

Gununsesi.info