Almaniya Britaniyanın uzaqmənzilli raketlərin hazırlanmasına qoşulmasını gözləyir

  • By ilhame
  • 11 İyul 2024 21:53

Rəsmi Berlin Böyük Britaniyanın Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində Almaniya, Fransa, İtaliya və Polşa tərəfindən razılaşdırılmış uzaqmənzilli raketlərin yaradılması layihəsinə qoşulacağını gözləyir.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “Frankfurter Allgemeine Zeitung” qəzeti öz mənbələrinə istinadən yazır.

 

Nəşr qeyd edir ki, söhbət ya qanadlı raketdən, ya da Almaniya ərazisindən Rusiyadakı hədəfləri vura və hətta Moskvaya çata bilən ballistik hipersəs raketindən gedir.

 

Hesabatda qeyd olunur ki, hazırda Bundesverdə yalnız 500 km-ə yaxın uçuş məsafəsi olan “Taurus” raketləri var.

 

Qeyd edək ki, Almaniya, Fransa, İtaliya və Polşanın müdafiə nazirləri Vaşinqtonda uzaqmənzilli silahların hazırlanması ilə bağlı niyyət memorandumu imzalayıblar.

Gununsesi.info