
Azərbaycanın üç dövlət qurumu- Fövqəladə Hallar Nazirliyi , Dövlət Əmlak Xidməti və Arxitektura və Şəhərsalma Komitəsi Sumqayıtda yoxlamalara başlayıb.
Gununsesi.info-nun əldə etdiyi məlumata görə, yoxlamalarda Sumqayıtdakı qanunsuz tikililərin araşdırılması gedir.
Araşdırmalar Sumqayıtın icra hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərlik etdiyi dövrü əhatə edir.
Bildirilir ki, ilkin araşdırmalar zamanı yüzlərlə qanunsuz tikililər ortaya ortaya çıxıb.
Prosesin daha bir neçə gün çəkəcəyini deyən mənbəmiz qanunsuz obyekt və ev tikənlərin məsuliyyəti Zakir Fərəcovun üzərinə atdığını deyib.
Xatırladaq ki, Bərdədə də anoloji yoxlamalar aparılıb və icra başçısı Vidadi İsayevə töhmət verilib.
Afət
Gununsesi.info