Bu gün Srebrenitsa soyqırımının ildönümüdür

Bu gün tarixin ən böyük vəhşiliklərindən olan Srebrenitsa soyqırımının ildönümüdür.

Gununsesi.info xəbər verir ki, Srebrenitsa faciəsi 1991-1995-ci illərdə keçmiş Yuqoslaviyada baş verən vətəndaş müharibəsi zamanı serb ordusunun 1995-ci ilin iyulunda ən azı 8300 bosniyalı müsəlmanın Srebrenitsa şəhərində qətlə yetirməsi ilə həyata keçirilən soyqırım aktıdır.

Bu soyqırım zamanı 8,000-dən çox insan qətlə yetirilmiş, minlərlə qadın və uşaq zorla didərgin salınmışdır.

Qırğının BMT tərəfindən “etnik təmizləmə” məqsədilə həyata keçirildiyi təsdiqlənmişdir.

Srebrenitsa faciəsi həm də müasir Avropa tarixində ən böyük insan hüquqları pozuntularından biri sayılır. 2004-cü ildə Beynəlxalq Cinayət Məhkəməsi Srebrenitsa hadisələrini rəsmi olaraq soyqırım kimi tanımışdır.

Hər il iyulun 11-i bu faciədə qurban olmuş şəxslərin xatirəsi yad edilir.

 

 

Gununsesi.info