Vahid Ələkbərovun Rusiyaya verdiyi verginin məbləği bəlli oldu

“Forbes” jurnalı 1 milyard rubldan çox fərdi gəlir vergisi olan ən böyük vergi ödəyicilərinin siyahısını tərtib edib.

Gununsesi.info Rusiya mediasına istinadən xəbər verir ki, “Forbes” 2023-cü ilin sonunda dividendlərini 177,4 milyard rubl olaraq qiymətləndirib.

21 nəfərin yer aldığı siyahıda dördüncü yerdə 69 yaşlı azərbaycanlı iş adamı, “Lukoyl” şirkətinin Prezidenti Vahid Ələkbərov yer tutub.

Məlumata əsasən 2023-cü ildən fərdi gəliri 19,133 milyard rubl olan iş adamının vergisi təxmini 2,87 milyard rubldur.

Qeyd edək ki, bu il həm Rusiyanın ən varlı iş adamlarının reytinqinə, həm də dividentlərin məbləğinə görə “Lukoil”in həmsahibi Vahid Ələkbərov başçılıq edir.

 

 

Şəbnəm 

Gununsesi.info