Ukraynaya hərbi dəstək NATO-nu münaqişə tərəfi etməyəcək - Yens Stoltenberq

“Ukraynaya göstərilən hərbi yardım  NATO-nu münaqişə tərəfi etməyəcək. Bu, Ukraynaya özünümüdafiə hüququnu qorumağa kömək edəcək”.

Gununsesi.info xəbər verir ki, bu sözləri NATO-nun Baş atibi Yens Stoltenberq alyansın Vaşinqtonda keçirilən sammiti çərçivəsində mətbuat konfransında söyləyib.

O, müttəfiqlərin transatlantik müdafiəni gücləndirmək qərarına gəldiyini və bu çərçivədə sənaye istehsalının artırılacağını, hava və raketdən müdafiə sistemlərinin də inkişaf etdiriləcəyini bildirib.

Stoltenberq deyib ki, sabah Ukrayna Prezidenti Vlodimir Zelenskinin iştirakı ilə Ukrayna-NATO Şurası keçiriləcək.

Ukraynaya dəstək paketinin qəbul edildiyini bildirən Stoltenberq söyləyib: “Biz bunu müharibəni uzatmaq üçün etmirik. Əksinə, müharibəni bir an əvvəl bitirmək üçün edirik. Biz Rusiya Prezidenti Vladimir Putinə boyun əymək istəmiriksə, qətiyyətli olmalıyıq”.  

Stoltenberq qeyd edib ki, Ukraynanın əsas islahatları davam etdirəcəyi təqdirdə, NATO-ya üzvlüyü gözləniləndir.

 

 

Ceyhun

Gununsesi.info