
ABŞ Prezidenti Co Bayden Qəzza üçün təqdim olunan atəşkəs planının İsrail və HƏMAS tərəfindən qəbul edildiyini ifadə edib.
Gununsesi.info xarici mediaya istinadla xəbər verir ki, ABŞ prezidenti mövzu ilə bağlı bunları deyib: “Mən atəşkəsə nail olmaq və müharibəni bitirməkdə qərarlıyam”.
Bayden Vaşinqtonda 3 günlük NATO Sammitindən sonra mətbuat konfransında ABŞ-ın Qəzzada atəşkəsə nail olmaq və məhbusları geri qaytarmaq üçün aylardır çalışdığını qeyd edib.
O, söyləyib ki, 6 həftə əvvəl irəli sürdüyü atəşkəs planı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, G7 ölkləri, habelə İsrail və HƏMAS tərəfindən qəbul olunub.
Co Bayden bunların mürəkkəb məsələlər olduğunu vurğulayaraq, hələ də bəzi çatışmazlıqların mövcudluğunu, lakin irəliləyişin də olduğunu bildirib.
Bayden əvvəldən bölgədəki tərəflərlə təmasda olduğunu və Qəzzaya daha çox yardım, qida və dərman gətirmək üçün səy göstərdiyini söyləyib.
Ceyhun
Gununsesi.info