
Türkiyənin Ali Apellyasiya Məhkəməsinin 1-ci Cəza Dairəsi çərşənbə günükü qərarı ilə Adnan Oktara 8658 il həbs cəzası verdiyini təsdiqləyib.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Əsaslandırılmış qərarla qruplaşmanın digər üzvlərinə də verilən cəzalar qətiləşib.
Oktar qruplaşmasının üzvləri cinsi zorakılıq, qəsdən adam öldürməyə cəhd, işgəncə, təhsil hüququnu əngəlləmə, şəxsi məlumatların icazəsiz qeydə alınması kimi müxtəlif cinayətlərə görə cəzalandırılıblar.
Oktar qruplaşmasına qarşı keçirilən məhkəmə prosesində vilayət məhkəməsinin ləğv etdiyi qərardan sonra 2022-ci ildə işə yenidən baxılmış və qərar elan edilmişdi.
Ceyhun
Gununsesi.info