“Sumqayıt”ın Konfrans Liqasındakı rəqibi yoxlama matçı keçirib

  • By ilhame
  • 11 İyul 2024 22:39

“Sumqayıt”ın Konfrans Liqasının II təsnifat mərhələsində qarşılaşacağı Macarıstan təmsilçisi “Fehervar” yoxlama görüşü keçirib.

Gununsesi.info xəbər verir ki, Sekeşfehervar klubu Bolqarıstanın “Hebar” kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşma “Fehervar”ın 5:2 hesablı üstünlüyü ilə başa çatıb.

Qeyd edək ki, “Sumqayıt”ın bu rəqiblə ilk matçı iyulun 25-də evdə, cavab qarşılaşması iyulun 31-də Macarıstanda baş tutacaq.

Gununsesi.info