NATO-nun 2026-cı ildəki sammiti Türkiyədə keçiriləcək

NATO zirvəsindən sonra verilən açıqlamada ‘ən böyük təhlükənin’ Rusiyanın olduğu vurğulanıb və 2026-cı ildə keçiriləcək sammitin Türkiyədə keçiriləcəyi bildirilib. ABŞ-nin paytaxtı Vaşinqtonda keçirilən  NATO-nun Zirvə Toplantısından sonra çərşənbə günü dərc edilən bəyannamədə təşkilatın 2026-cı il sammitinin Türkiyədə keçiriləcəyi açıqlanıb.

Gununsesi.info Avropa mediasına istinadla xəbər verir ki,  bəyanatda deyilir: “ABŞ-nin bizə göstərdiyi qonaqpərvərliyə görə təşəkkürümüzü bildiririk. 2025-ci ilin iyununda Hollandiyanın Haaqa şəhərində keçiriləcək növbəti sammitimizdə yenidən görüşməyi, daha sonra isə Türkiyədə görüş keçirməyi səbirsizliklə gözləyirik”.

Həmçinin bəyannamədə NATO-nun Ukraynaya dəstəyi vurğulanarkən, Rusiyanın davam edən işğalına qarşı gələn il Kiyev rəhbərliyinə ən azı 40 milyard dollar yardım ediləcəyi də vurğulanır.

Habelə Şimali Koreya və İranın Rusiyaya sursat və ekipajsız hava aparatları (PUA) daxil olmaqla birbaşa hərbi dəstək verdiyi və bu vəziyyətin qlobal qeyri-sabitliyə zərər vurduğu ifadə olunur.

Bildirilir ki, Ukraynanın gələcəyi NATO-dadır və alyans üzvlük də daxil olmaqla, tam Avro-Atlantik inteqrasiyaya doğru dönməz yolda Kiyev administrasiyasına dəstəyini davam etdirəcək. Bəyannamədə Çin Xalq Respublikası ilə  (ÇXR) bağlı da qeyd olunub.

Vurğulanır ki,  Çinin məcburi siyasətləri NATO-nun maraqlarını, təhlükəsizliyini və dəyərlərini təhdid etməkdə davam edir.

Məlumatda, həmçinin Rusiya ilə Çin arasında strateji tərəfdaşlığın dərinləşdiyi də ifadə edilib.

 

 

Ceyhun

Gununsesi.info