Vətən müharibəsi şəhidinin sosial hesabındakı paylaşım hər kəsi təsirləndirdi

O, artıq doğulub boya-başa çatdığı elinin deyil, bütün Azərbaycanın qəhrəmanıdır.

Vətənimizin ərazi bütövlüyü uğurunda canından keçən Nicat Tarverdiyev arzuladığı qələbəni tam görməsə də, adını unudulmayacaq qəhrəmanların sırasına yazmağı bacardı.

1998-ci ilin noyabrın 17-də Bakıda anadan olan Nicat Tarverdiyev, 44 günlük Vətən müharibəsində Talış-Suqovuşan və Füzuli istiqamətində savaşlara atıldı, elə bu istiqamətlərdə gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı.

Qaydasız döyüş üzrə ölkə və beynəlxalq yarışlarda qalibi idi Nicat. Ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olundu.

Ömrü yarımçıq qalacağını gözə alaraq, ən uca amalının savaşına qalxmışdı. İradəli və əzmkar Nicatın cəmi 22 yaşı var idi. Ailənin yeganə övladı olan bu qəhrəmanımıza ömrün payızını yaşamaq nəsib olmadı.

Qəlblərdə əbədi heykəlini quran qəhrəman Vətən övladı hər zaman qürurla danışacağız nümunə yaratdı. Zaman yetişcək bəlkə yazılacaq əsərlərin, filmlərin qəhrəmanına çevriləcək bizim şəhid Nicat.

Nicat Tarverdiyev uşaqlıqdan hərbçi olmağa can atır, öz qəhrəmanlığı ilə hər kəsdən seçilmək istəyirdi. Bəlkə də, Vətən torpağının bütövlüyü uğurunda canından keçəcəyini əvvəlcədən bilir, bu arzusunun nə vaxtsa baş tutacağını Tanrıdan diləyirdi.

Bu yaxınlarda qəhrəman Şəhidimizin  sosial şəbəkələrdə yayılmış uşaqlıq videokadrlarında hərbçi olmaq istəyi, “əsgər salamı” verməsi ona baxan hər bir izləyicini kövrəldir, onun saf uşaqlıq arzularının həyata keçdiyinin şahidi olur.

Əziz Şəhidimizin adına olan sosial şəbəkədəki bu paylaşım minlərlə insanı təsirləndirib.

Gununsesi.info həmin videkadrları təqdim edir:

 

 

Ceyhun

Gununsesi.info